Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası baş tutub. Anket məlumatları dəqiqləşdirilən zaman təqsirləndirilən şəxslər himayələrindəki uşaqların sayını açıqlayıblar.

Unikal.org xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman müğənni Fədayə Laçın çıxış edib.

Özünü təqsirli bilmədiyini deyən müğənni qeyd edib ki, 24 yaşlı oğlu var.

Onun sözlərinə görə, əvvəllər həbsdə olmayıb. Daha sonra təqsirləndirilən Aqil Nəcəfovun vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsinin istəyib.

İttihama görə, A. Nəcəfli təcridxanada saxlanılan "Qoca" ilə bir neçə dəfə görüşərək pul alıb və onun Biləcəridən taksiyə minərək getməsinə kömək edib. A.Nəcəfli isə istintaqa ifadəsində Etibar Məmmədova onun həyat yoldaşı Mahizər Arif qızının verdiyi paltarı və 100 manatı çatdırdığını qeyd edib.
Vəkil müvəkkili barəsində cinayət işinə xitam verilməsini istəyib.

Eynulla Vəliyev isə müvəkkili barəsindəki həbs qətimkan tədbiri qərarının ləğv edilməsini və onun azadlığa buraxılmasını istəyib.

Vəsatətlər təmin edilməyib.

Digər təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova vəsatət verib. O, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını tələb edib.

Növbəti proses avqustun 8-də davam edəcək.


*** 15:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Unikal.org  xəbər verir ki, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin keçmiş əməkdaşları bu dəqiqələrdə xüsusi konvoyla Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriliblər.Hazırda məhkəmə iclası başlayıb, təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hazırda məhkəmə iclası davam edir.