"Çelsi heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Unikal.org xəbər verir ki, London təmsilçisi "Kristal Pelasın hücumçusu Vilfrid Zahanı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı xəbər verib. "Zadəganların futbolçu üçün 33 milyon avro təklif etdiyi bildirilib.

"Kristal Pelas Zahanı komandada saxlamaq üçün onun məvacibi artıraraq, yeni müqavilə təklif etmək istəyir. Lakin 25 yaşlı futbolçu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Zaha ilə "Tottenhem klubu da yaxından maraqlanır.

Fil Dişi Sahilli futbolçu son mövsümdə "Kristal Pelasın heyətində 31 oyunda iştirak edib, 9 qolla yadda qalıb.