İngilis kral ailəsinə türk yeməklərini hazırlayan şəxs kimi məşhurlaşan Hüseyin Özerin həyat hekayəsi eşidənləri təəccübləndirir.

Unikal.org haberler-ə istinadən xəbər verir ki, hazırda 63 yaşı olan Hüseyin Özer, Türkiyənin Tokat rayonunda doğulub, böyüyüb boya-başa çatıb. Ancaq,ağır uşaqlıq keçirib.

Hüseyin uşaqkənanası ilə atası ayrılır və onu hər ikisi istəmir. O da bir ağanın yanına himayəsinə verilir. Həyatı boyunca heç vaxt məktəbə getməyən Hüseyin Özer, keçi otararkən Çoban Cəlal əmi adlı şəxsdən oxumağı, yazmağı öyrənir. Çomağı ilə daşa-torpağa yazı yazaraqdaha da təkmilləşdirir.

Bu məqamda Hüseyin Özerin ailəsindən aldığı zərbələrin də ardı-arası kəsilmir. Doğma qardaşıanası tərəfindən qalan tarlalara ortaq olmamağı üçün zəhərli əncir verərək onu öldürməyə çalışır.

Ancaq məqsədinə çatmır.

Sonra anası bilet alaraqHüseyini Ankaraya göndərir. Məqsəd, Hüseyinin orada pul qazanıb, onu övladlıqdan rədd edən atasını öldürmək üçün silah alsın. Hüseyinin o zamanlar 11 yaşı var idi. Hamı "hələ uşaqdır" deyib, onu işə götürmürdü.O da çaxmaqdaşı, benzin sataraqşörək pulunu çıxarmağa çalışırdı. Qalmağa yeri də yox idi. Bir tualetdə yatıb, dururdu.

Hüseyin "O tualet mənim üçün çox gözəl idi, çünkü yatmaq üçün orda qalırdım. O tualetə minnətdaram" deyərək o günləri xatırlayır. Qazandığı pulla isə kiftə, çörək almaq mümkün deyildi. Bir ciyərçi ilə razılığa gəlir. Gündə75 qəpiyə bir neçə ciyər yeyərək qarnını doyururdu.

AncaqHüseyin Özer, Ankarada topladığı pul ilə atasını vurmaq üçün silah almaq əvəzinəİstanbula gəlməyi seçir. Restoranlarda ofisiant işləyirbir müddət. Burada yığdığı pulla bir dönərxana icarəyə götürür.

Hüseyinin dediyinə görə, həyatının dəyişməsi məhz bu dönərxanadan başlayır.Çünkü həyatının ən önəmli qərarlarını burada verir. Burada təqaüdçü bir hərbiçidən ingilisçədanışmağı öyrənir və London səfəri başlayır.

Hazırda Hüseyin Özer Londondakıyalnız"Türk yeməkləri" verən "Süfrə"restoranlar şəbəkəsinin sahibidir.

Kraliça ailəsi yeməyiniburada yediyi üçün restoranın pəncərələri güllə keçirməz şüşədən hazırlanıb.

Madonna kimi dünyaca məşhur ulduzların London səfəri zamanı daim baş çəkdiyi məkan"Buckingham"ın qapı qonşusu olan bir restoranlar şəbəkəsindən bəhs edirik.

Hüseyin Özerin 37 milyon funt-sterlinqlik bir sərvəti olduğu deyilir. Bir zamanlar tualetdə yaşayan Hüseyin Özer hazırda Ferrari sürür.