Bu gün səhər Moskva vaxtı ilə 6:20 radələrində Rusiyanın Sibir diyarının Krasnoyarsk vilayətində "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, ilkin ehtimala görə, onun göyərtəsində 15 nəfər olub və onların hamısı ölüb.

"Mi-8"in uçuş zamanı qəzaya uğradığı yer müəyyənləşib və "qara qutu" götürülüb. Qəza nəticəsində dünyasını dəyişən şəxslərin də cəsədləri hadisə yerindən götürülür. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəbindən baş verib. 

Təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar cinayət işi açılıb.