Əsəd rejiminin İdlibə hücuma hazırlaşdığı ilə bağlı məlumatlar artarkən, Çindən maraqlı bir ideya gəlib.

Unikal.org sputnik-ə istinadən bildirir ki,Pekinin Dəməşqdəki səfiri Qi Qianjin Çin rəhbərliyinin İdlibə hücuma hazırlaşan Əsəd rejiminə dəstək olmaq məqsədilə ölkəyə əsgər göndərə biləcəklərini bildirib.

Səfir Çin ordusunun rejimin İdlib və ya başqa bölgələrdəki hücumlarına dəstək olmaq məsələsində istəkli olduğunu deyib.

Çin hərbi attaşesi Vonq Roy Çen da Əsəd rejimi ordusu ilə Çin ordusu arasında hazırda əməkdaşlığın olduğunu və Çinin bu əlaqələri inkişaf etdirmək istədiyini söyləyib.

Qeyd edək ki, Çin indiyədək Əsəd rejiminə siyasi dəstək vermiş, lakin, hərbi dəstək məsələsində birmənalı mövqe tutmamışdı.

Çinin ilk mərhələdə Əsəd rejiminə dəstək məqsədilə məhdud sayda xüsusi təyinatlı qüvvələri və hərbi müşaviri ölkəyə göndərəcəyi nəzərdən keçirilir.