İranın cənubunda 4,4 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Kerman şəhərindən 126 kilometr cənubda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib. Zəlzələ "UTC" vaxtı ilə saat 09:35-də qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.