Məşhur Rusiya sahibkarı Mixail Xubutiyanın 26 yaşlı oğlu Nikolozu başından güllələnmiş halda tapıblar.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, onu mənzilində qulluqçu aşkar edib. Amma təcili yardım gələnə qədər o, ölüb.Teleqram-kanal 112 bildirir ki, mərhum intihardan əvvəl heç bir vida məktubu qoymayıb.Qeyd olunur ki, Mixail Xubutiya özü hal-hazırda Sen-Tropada istirahətdədir.

Xatırladaq ki, Mixail Xubutiya məşhur biznesmen və ictimai xadimdir, Rusiyadakı Gürcü İttifaqının yaradıcısı və "Vahid Rusiya" Partiyasının üzvüdür. O həmçinin Moskvanın mərkəzindəki "Qostinnıy dvorun və "Kolçuqa silah mağazaları şəbəkəsinin şərikidir.