İtaliyanın Bolonya şəhərində partlayış nəticəsində 2 nəfər həyatını itirib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların sayı 84 nəfərə çatıb.

Məlumata görə, yaralılardan 14 nəfərin vəziyyəti daha ağırdır.

xxx

İtaliyanın Bolonya şəhərində yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində partlayış baş verib.

Unikal.org-un məlumatına görə, hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb.

Qeyd olunur ki, avtosistern digər avtombillə toqquşduqdan sonra aşıb və yanmağa başlayıb.

 

Şahidlər bir neçə partlayış səslərini də eşitidklərini deyiblər.

Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə helikopterlər cəlb edilib. Qəza ilə bağlı araşdırma aparılır.