2017-ci ilin statistik göstəricilərinə görə, ABŞ-da başqa ölkələrdə anadan olmuş 49 milyon 780 min nəfər yaşayır.

Unikal.org bildirir ki, keçmiş SSRİ respublikalarından ABŞ-a mühacirət edənlərin arasında Rusiya liderlik edir. Bu ölkədən okeanın o tayına 420 min nəfər köçüb. İkinci yeri 380 min nəfərlə Ukrayna tutur. Ermənistandan ABŞ-a 90 min adam köç edib.

Digər yerlər belə bölüşdürülüb:

Özbəkistan - 60 min nəfər

Belarus - 60 min nəfər

Moldova - 40 min nəfər

Litva - 40 min nəfər

Qazaxıstan - 30 min nəfər

Gürcüstan - 30 min nəfər

Latviya - 20 min nəfər

Azərbaycan - 20 min nəfər

Estoniya - 10 min nəfər

Qırğızıstan, Tacikistan və Türkmənistan - 10 min nəfərdən az

Beləliklə, keçmiş SSRİ Birləşmiş Ştatlara 1,22 milyon nəfər yeni vətəndaş "bəxş edib.

ABŞ-a ən çox köçənlər meksikalılardır - 12,6 milyon nəfər. Sonrakı yerləri Çin (2,4 milyon nəfər) və Hindistan (2,3 milyon nəfər) tutur.