ABŞ prezidenti Donald Tramp, İrana tətbiq olunan sanksiyaların digər ölkələrə də şamil olunacağını istisna etməyib.

Unikal.org xəbər verir ki, Donald Tramp Twitter hesabında bunları yazıb: "Bunlar tətbiq olunmuş ən sərt sanksiyalardır. Bu ilin noyabr ayından sanksiyalar başqa bir səviyyədə olacaq. İranla iş quranlar, bunu ABŞ ilə edə bilməyəcək. Mən dünyada sülhü istəyirəm, daha azını deyil".