Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağla qarşılaşacaq BATE komandasının Belarus çempionatındakı oyunu da təxirə salınıb.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, Borisov təmsilçisinin XVIII tur çərçivəsində "Dinamo" (Brest) ilə avqustun 18-ə nəzərdə tutulan matçı oktyabrın 31-də keçiriləcək. Bundan öncə BATE-nin Belarus Kubokunun 1/8 finalında "Qorodeya ilə görüşü də təxirə salınıb. Həmin qarşılaşma noyabrın 17-i təşkil olunacaq.

BATE avqustun 14-də evdə "Qarabağa qarşı keçirəcəyi matça daha yaxşı hazırlaşmaq üçün bu addımı atıb.

Qeyd edək ki, "Qarabağ avqustun 10-da Azərbaycan Premyer Liqasının I turu çərçivəsində "Zirəni qəbul edəcək. Ağdam təmsilçisi bu oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etməyib.