Qazaxıstanda Nurlan Yermekbayev müdafiə naziri təyin olunub.

Unikal.org xəbər verir ki, bu barədə ölkə prezidenti Nursultan Nazarbayev fərman imzalayıb.

N.Yermekbayev bu vəzifədə Saken Jusuzakovu əvəz edib.

Qeyd edək ki, Nurlan Yermekbayev bu ilin aprelində Qazaxıstan prezidentinin köməkçisi - Təhlükəsizlik Şurasının katibi təyin olunmuşdu.