Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal. org-a verilən məlumata görə, yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 2 ədəd ev avadanlığı yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.