Qəbizliyin müalicə üsulları bunun səbəblərindən və mövcud olduğu müddətdən asılıdır. Lakin ev şəraitində qəbizlikdən xilas olma yolları var.

Unikal.org həmin üsulları təqdim edir:

PİS XƏSTƏLİKLƏRİN XƏBƏRÇİSİ OLA BİLƏR

Qəbizlik xəstəlik deyil, simptomdur. Hipotireoz, diabet, parkinson, seliakiya (həzm sistemi ilə əlaqədar irsi xəstəlik), bağırsaq xərçəngi kimi xəstəliklərin ilkin göstəricisi ola bilər.

QƏBİZLİKLƏ VİDALAŞMAÄžINIZA KÖMƏK EDƏCƏK ÜSULLAR

Ev şəraitində qəbizlikdən qurtulmaq mümkündür, lakin başqa ağrılarınız da varsa, ilk fürsətdə və ən ez vaxtda həkim müayinəsindən keçin.

GÜNDƏ 8 STƏKAN SU İÇİN

Qəbizliyin əsas səbəblərindən biri dehidratasiyadır. Metobolizma prosesinin problemsiz işləməsi üçün hər gün ən az 8 stəkan su içmək məsləhətdir.

QATIQ

Probiotiklər, qatığın tərkibində olan lazımlı bakteriyalar həzm problemlərini yoluna qoya bilir.

BƏHMƏZ

Yatmazdan əvvəl yeyilən 1 qaşıq pəhməz qəbizlik probleminin həll olmasına kömək edir. Eyni zamanda, maqnezium və kalsiuma olan tələbatınızı da ödəyir.

QAYSI

Qaysı lif mənbəyidir. Qaysı suyu və ya 1 ovuc qaysı qəbul edərək qəbizliyi müalicə edə bilərsiniz.

30 SANİYƏ QARNINIZI BARMAÄžINIZLA SIXIN

Göbəyinizin 3 barmaq aşağı hissəsini müəyyən fasilələrlə 30 saniyə ərzində sıxın. Bu üsul bağırsaqlarınızın sürətli şəkildə fəaliyyət göstərməsinə kömək edəcək.