Xaçmaz rayonunun Nabran kəndinəistirahətə gələn ailə qəzaya uğrayıb.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədənxəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir.Xəsarət alanların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.