Türkiyənin Karaman rayonunda 18 yaşlı qız"Haqqınızı halal edin" deyərək, çıxdığı yarımtikilinin ikinci mərtəbəsindən özünü atıb.

Unikal.org haberler-ə istinadən xəbər verir ki, qızın intihar anını bir vətəndaş mobil telefonunun kamerası ilə çəkib.

Özünü atan qızı bəzivətəndaşlar havada tutmağa çalışsalar da bacarmayıblar.

Ağır xəsarətlər alan qız, təcili yardımla xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu deyilir.

Polis istintaqa başlayıb.