Şəki rayonunda yerli sakin dərmandan zəhərlənib.

Unikal.org report-a itinadən xəbər verir ki, şəhər sakini, 1977-ci il təvəllüdlü Filqət Fərman oğlu Cumayev yaşadığı evdə dərmandan zəhərlənib.

Şəki Rayyon Mərkəzi Xəstəxanasına yerləşdirilən F.Cumayevə həkimlər tərəfindən tibbi yardım göstərilib və mədəsi yuyulub.

Yaxınlarının dediyinə görə, F.Cumayev müxtəlif adlarda dərman həbləri qəbul edib. Onun dərman həblərini intihara cəhd məqsədi ilə və yaxud bilməyərəkdən içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.