Daşkəsən rayonunun Əmirvar kəndində süni göldə batmış 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun axtarışları başa çatıb.

FHN-dən unikal.org-a verilən məlumata görə, H.İmamverdiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.-‹

10:15

Bir nəfər Daşkəsən rayonunda süni göldə boğulub.

Unikal.org xəbər verir ki, bu, rayonu Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü Habil Əli oğlu İmamverdiyevdir. Məlumata görə, o evdən çıxaraq süni gölə çimmək üçün gedib və geri qayıtmayıb. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.