23.04.18 tarixində saytımızda "Dünya məktəbində kütləvi zəhərlənmə: 50 şagird, 4 müəllim başlığı altında yazı dərc olunmuşdur.

Sözügedən yazı Xəzər Universitetinin "Dünya" məktəbinin kollektivini narahat etdiyi üçün Unikal.org saytı olaraq həmin məktəbin müəllim və şagird heyətindən üzürxahlıq edirik. Təhsil müəssisəsi xəbərlə bağlı saytımıza təkzib məlumatı ünvanlayıb. Məlumatda qeyd edilir:

Diqqətinizə çatdırırq ki, "Dünya" Məktəbində hər-hansı kütləvi zəhərlənmə halı baş verməmişdir. 26.04.2018 tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticələri də bunu bir daha təsdiq edir.

50 nəfər şagirdin dərsə gəlməməyinə gəlincə isə, nəzərə alınmalıdır ki, DÜNYA Məktəbində 70 sinif var və müəyyən səbəblərdən ən azı hər sinifdən 1 şagirdin dərsə gəlməməsi normal sayıla bilər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticələrini sənəd olaraq yazıya əlavə edirik və saytrəhbərliyindən KİV haqqında müvafiq qanunvericiliyə uyğun olaraq qeyd olunan yazı (Dünya məktəbində kütləvi zəhərlənmə: 50 şagird, 4 müəllim) ilə bağlı bizim təkzibimizi saytınızda dərc etməyinizi xahiş edirik.