Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıya rəsmi səfər edəcək.

Unikal.org xəbər verir ki, Tacikistan lideri Emoməli Rəhmon İlham Əliyevin dəvəti ilə avqustun 10-11-i tarixlərində Bakıya səfər edəcək. Liderlər təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Əsas müzakirə mövzularından biri isə, tacik alüminiumunun Azərbaycan ərazisindən tranzit həcminin artırılması və Azərbaycandan Tacikistana alüminium üçün xammal tədarükünün artırılmasıdır.

Səfər çərçivəsində ölkələr arasında sənədlər paketinin və müqavilələrin imzalanması nəzərdə tutulur.