Sumqayıt şəhərində məktəbdə təmir işlərinə kömək edən müəllim yıxılaraq xəsarət alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin 21 nömrəli tam orta məktəbində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1958-ci il təvəllüdlü Vaqif Həsən oğlu Əbdülrəhmanov çalışdığı məktəbdə təmir işlərinə kömək edərkən hündürlükdən yıxılaraq xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.