Xəbər verdiyimiz kimi, Bakıda ərəb turist dünyasını dəyişib.

Unikal.org hadisənin təfərrüatlarını öyrənib. 

Belə ki, İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin Nərimanov rayonu ərazisindəki "Caspian Bussines" otelində vəziyyəti pisləşib. O, dünən saat 16:00 radələrində otelin qeydiyyat şöbəsinə zəng edərək, halının pisləşdiyini və təcili tibbi yardım çağırılmasını xahiş edib. Otel əməkdaşları dərhal təcili tibbi yardım stansiyasına zəng ediblər. Həmçinin, iraqlı turistin ölkəyə gəlməsini təşkil edən turizm şirkətinə məlumat verilib. Otelə gələn Təcili Tibbi yardım stansiyasının həkimləri turistin vəziyyətinin pis olduğunu buna görə də onu xəstəxanaya aparmalı olublar. 51 yaşlı turist akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq iraqlı turistin həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından dünyasını dəyişib. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, Ammar Ali Abed Al-Juvoorin həkimlərə təzyiqinin qalxdığını, ürəyində şiddətli ağrıların yarandığını bildirib. Ehtimal edilir ki, iraqlı turist cinsi istəyi artıran "Viagra" həbi qəbul edib, bundan sonra onun halı pisləşib. Onun nədən dünyasını dəyişdiyi isə tibbi ekspertizanın yekun rəyindən sonra məlum olacaq. Ekspertizanın yekun rəyi isə sabah Nərimanov Rayon Prokurorluğuna təqdim ediləcək. Hazırda faktla bağlı prokurorluqda araşdırma aparılır.

"Caspian Bussines" otelindən Unikal.org-a verilən məlumata görə, Ammar Ali Abed Al-Juvoorin oteldə tək qalırmış.

Famil Fərhadoğlu