Bərdə rayonunda 18 yaşlı oğlan bıçaqlanıb

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qasimbəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri, 1996-ci il təvəllüdlü Elvin Mehdizadə və 2000-ci il təvəllüdlü Asim Savalanlı ilə aralarında mübahisə yaranıb. Mübahisə zəminində E.Mehdizadə A.Savalanlını bıçaqlayaraq qaçıb. Yaralı yaxınlıqdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.