Salyan rayon sakini çayda boğulub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Məzahim Qabil oğlu Məmmədov ərazidən keçən Akkuşa çayında çimərkən suda boğulub. Hadisə erinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.