Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 978 min 159 nəfərə çatıb.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Baş Pasport İdarəsi məlumat açıqlayıb.

Məlumata görə, zəvvarların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 61 min 500 nəfər, yəni 7 faiz artıb.

İdarədən bildiriblər ki, zəvvarların 928 min 43 nəfəri təyyarə, 40 min 734 nəfəri yerüstü nəqliyyat, 9382 nəfəri isə gəmi ilə gəlib.