Estoniyada NATO-nun təyyarə bazasında yerləşdirilən İspaniyanın Hərbi Hava Güclərinə aid "Eurofighter" qırıcısı uçuş zamanı "hava-hava" sinfindən olan döyüş raketi buraxıb.

Unikal.org xəbər verir ki, Estoniyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, səhvən baş verib.

Raketin buraxılması yerli vaxtla saat 15:44-də Panqodi yaşayış məntəqəsinin üstündə tədris uçuşları zonasında olub. Raket şimal istiqamətində uçub.

Məlumata görə, raket havada partlamalı idi, çünki özünü məhvetmə rejimi aktivləşdirilmişdi. Eyni zamanda onun Tartudan təxminən 40 kilometr şimalda düşdüyü istisna edilmir.

Hərbçilər raketin axtarışına başlayıblar. Mərmini aşkar edən sakinlərdən isə bu barədə məlumat verməsi xahiş olunub.(publika.az)