ABŞ Konqresinə müsəlman qadın seçiləcək.Modern.azxarici mediaya istinadən xəbər verir ki, Miçiqan ştatında keçirilən səsvermənin ilkin nəticələrinə əsasən, Fələstin əsilli amerikalı Raşida Tlaib ABŞ Konqresinin nümayəndələr palatasında öz yerini təmin edərək bu qanunverici orqanda ilk müsəlman qadın olacaq.

Unikal.org xəbər verir ki, Tlaib müstəqil namizədlərin və Respublika partiyasının iştirak etmədiyi seçkilərdə Demokratik partiyanın namizədi qismində qələbə qazanıb.

Bu isə o deməkdir ki, aralıq seçkilərində Tlaibin rəqibi olmayacaq və o, Konqresin nümayəndələr palatasında Miçiqan ştatını təmsil edəcək.

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri 2018-ci ilin noyabrında keçirilməlidir.