Paytaxtın Xəzər rayonunda yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 63 yaşlı Hüseynov Əlimirzə Əzizağa oğlu Bilgəh qəsəbəsində keçirilən toy mərasimində rəqs edən zaman halı pisləşərək yerə yıxılıb.

Toya qonaq qismində dəvət olunan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda keçinib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.