Gəncə şəhərində 43 yaşlı kişi özünü bıçaqlayıb.

Unikal.org report-a istinadən hadisə "Xan bağı"nda olub.

Belə ki, 1975-ci il təvəllüdlü, Adil Sabir oğlu Məmmədov qarın nahiyəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat edilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

A.Məmmədovun özü özünü bıçaqladığını deyib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini və necə baş verdiyini dəqiqləşdirirlər.

Faktla bağlı araşdırma aparılır.