Sumqayıtda avtomobil təmiri sexində yanğın olub.

FHN-dən unikal.org-a verilən məlumata görə, sexin yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb, yüksək temperaturdan bitişik olan sexlərin lambirdən ibarət tavanı, ümumilikdə, 26 m² sahədə əriyib.

Tikilinin qalan hissəsi və təmirə dayanmış "Opel" markalı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.