Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.

Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev pley-off mərhələsi çərçivəsində "Yaqelloniya (Polşa) - "Gent (Belçika) cütünün qalibi ilə "Mariupol (Ukrayna) - "Bordo (Fransa) duelinin güclüsü arasında keçiriləcək ilk oyunun baş hakimi olacaq. 

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, pley-off mərhələinin ilk matçları avqustun 23-də keçiriləcək.