21 Oktyabr 2018
20 Oktyabr 2018
Oteldə qızla cinsi əlaqə olduqdan sonra... - Bakıda qadın ərəb turistin BAŞINA OYUN AÇDI
HADİSƏ 16:14 / 09.08.2018
Yasamal rayonunda yerləşən otellərin birində oğurluq faktı baş verib.

Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, "Röyal Qrant" oteldə barda tanış olduğu qızla dincəlməyə gələn İraq Respublikasının vətəndaşı Heçhan Vadinin başına iş gəlib.

Belə ki, otelə gətirdiyi qızla cinsi əlaqədə olduqdan sonra içkinin təsirindən yuxulayan ərəb səhər açılanda pullarının yoxa çıxdığını görüb. Bu barədə 27-ci Polis Bölməsinə məlumat verən İraq vətəndaşının izahatı alınıb və araşdırmalara başlanılıb. Məlum olub ki, Heçhan Vadi mütəmadi olaraq bu otelə qız gətirsə də, birinci dəfədir ki, belə hal ilə rastlaşır.

Faktla əlaqədar 27-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Bölmədən faktı təsdiqləyərək bildirdilər ki, yaxın günlərdə əcnəbinin pulunu oğurlayan qız saxlanılacaq.