Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son dörd gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zaÂmaÂnı ümuÂÂmiÂlikdə 112 əcnəÂbi saxÂÂÂlaÂnılÂıb.
Bu barədə unikal.org-a DMX-dan məlumat verilib.
Onlardan 22-si Rusiya, 18-i Gürcüstan, 13-ü Türkmənistan, 12-si Hindistan, 9-u PaÂkisÂtan, 7-si Özbəkistan, 6-sı Ukrayna, 6-sı İran, 4-ü Türkiyə, 3-ü İraq, 3-ü Nigeriya, 2-si Qazaxıstan, 2-si Birləşmiş Ərəb Əmirlikləri, 1-i Nepal, 1-i Mərakeş, 1-i Fransa, 1-i Norveç və 1-i Suriya vətəndaşıdır.
Saxlanılan 6 nəfər Pakistan, 3 nəfər Nigeriya, 2 nəfər Hindistan və 1 nəfər Qazaxıstan vətənÂdaÂşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 13 nəfər Türkmənistan (səyÂyar ticarət) və 3 nəfər Hindistan vətəndaşının Azərbaycan ResÂpubÂliÂkaÂÂsıÂnın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 84 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılan əcnəbilərdən 89 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan RespubÂliÂkaÂÂsı hüÂdudÂlaÂrından kəÂnaÂra çıxarılması istiqaÂmətində müvafiq tədbirlər görülür.
DMX qanunsuz miqrasiyaya qarşı müÂbaÂÂriÂzə tədbirlərini daÂvam etdirir.