Göyçay rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib.

Unikal.org  xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri giriş qapısını açıb və orada aşkarlanan 1973-cü il təvəllüdlü Səlimov Atəş Qədəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.