Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb.

Unikal.org-a 3 saylı şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, hadisə zamanı yaralanan Kərimov Elxan Nazim oğlu qasıq nahiyyəsindən güllələnib. O, xsətəxanaya gətiriləndə güllə yarası aldığı üçün cərrahiyə şöbəsinə yerləşdirilmişdi. Ona ilk tibbi yardım göstərildikdən sonra ailəsinin istəyi ilə o,  paytaxtda yerləşən özəl klinikalardan birinə aparılıb.

Famil Fərhadoğlu