09 Dekabr 2018
"Keşlə" yeni mövsümə 21 futbolçu sifariş etdi
İDMAN 11:41 / 10.08.2018
"Keşlə” klubu 2018/2019 mövsümü üçün sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib.

Unikal.org xəbər verir ki, Premyer Liqada mübarizə aparan paytaxt klubunun heyətində 21 futbolçu - 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 4 hücumçu yer alıb. Onlardan 7-si əcnəbidir.

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva (Braziliya), 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake (Rumıniya), 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı

Yarımmüdafiəçilər: 8. Miloş Boşançiç (Serbiya), 21. Herve Tçami (Kamerun), 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna (Qambiya), 97. Elnur Cəfərov

Hücumçular: 7. Vaqif Cavadov,9. Amil Yunanov, 11. Bahodir Nasimov (Özbəkistan), 14. Andre Klennon (Yamayka)

Qeyd edək ki, "Keşlə" serbiyalı yarımmüdafiəçi Nikola Mitroviçlə də müqavilə bağlayıb. Onun da adı siyahıya əlavə olunacaq.