İ.Məmmədovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb dövlət ittihamçısının məhkəməyə gəlmədiyi bildirilib. Növbəti iclasına tarixi qeyri-müəyyən olaraq qalıb.

Bu gün REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun məhkəməsidir.

Musavat.com-a xəbər verir ki, Şəki Apelyasiya Məhkəməsində proses 11:00-da başlayacaq. Məhkəməyə baxış iclası hakim Gündüz Abbasovun sədrliyi ilə keçiriləcək.

Məlumat üçün bildirək ki, bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu İ.Məmmədov barəsində yeni qərar çıxararaq, kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.