Daxili İşlər Nazirliyi Ağdaş şəhər sakini, karate müəllimi Nizami İsmayılov odlu silahdan (ov tüfəngi olduğu bildirilir) açılan atəşlə qətlə yetirən şəxslə bağlı mlumat yayıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, avqustun 9-da Ağdaş şəhəri ərazisindəki qəbristanlıqda şəhər sakini Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib. Sonra o, könüllü olaraq polisə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-16 markalı ov tüfəngini təhvil verib.

Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Hüseyn İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.