SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
Oqtay Əsədov prezidentlə naharda - FOTO
SİYASƏT 15:22 / 10.08.2018
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 10-da birgə işçi nahar ediblər.

Unkal.org xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tacikistan Prezidentinin Azərbaycana bu səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi vurğulanıb. Səfər çərçivəsində keçirilən səmərəli görüşlərin, imzalanan sənədlərin əhəmiyyəti qeyd edilib.