19 Oktyabr 2018
18 Oktyabr 2018
Prezident ABŞ Konqresinin nümayəndə heyətini qəbul etdi - FOTO - YENİLƏNİB
SİYASƏT 16:25 / 10.08.2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin başçılıq etdiyi və komitənin üzvü Rik Kravfordun daxil olduğu nümayəndə heyətini qəbul edib.

Unikal.org xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi bildirilib, ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin Azərbaycana səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara fəal dəstək verdiyi qeyd edilib, ölkələrimizin beynəlxalq terrorizmə qarşı mübarizədə səylərinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

15:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org  xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.