09 Dekabr 2018
10 Dekabr 2018
"Onların dollarları varsa, bizim də Allahımız var" - Ərdoğan
DÜNYA 15:42 / 10.08.2018
Türkiyədə dolların məzənnəsi rekord həddə bahalaşaraq, 1 dollar  6 lirəni ötüb.

Unikal.org  Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı dolların sürətlə bahalaşmasına münasibət bildirib. O, Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparıldığını söyləyib və əhalini buna qulaq asmamağa çağırıb:

"Onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Heç narahat olmayın. Ölkəmizi inşallah yeni dövrə çox daha fərqli hazırlamaq üçün çabalayırıq. Çox çalışacağıq və 2023-cü ilə fərqli şəkildə girəcəyik".