"Xəzər" telekanalında yayımlanan "Əlimin duzu" proqramının aparıcısı Firuzə Cəlilova (Fira) bu açıqlamalarına görə əks cinsin nümayəndələri tərəfindən qınaq obyektinə çevrilməsə yaxşıdır.

Unikal.org xəbər verir ki, aparıcı verilişdə müğənni iştirakçı Vüsal ilə söhbəti zamanı evdə mətbəxə girmədiyini, mətbəx işlərini sevmədiyini bildirib.

Fira özünə "Mən bunu hər dəfə deyirəm: Biz qabyuyan deyilik, biz paltaryuyan deyilik, biz çörək bişirən deyilik. Bunun üçün igid bəylərimiz var" fikirləri ilə haqq qazandırıb.