Nəsimi rayonunda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.
Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilinin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman "Mercedes"-in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində işıqforun yaşıl işığından keçən "Vaz 2107"-ə çırpılıb.
Avtomobilin içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb.
Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.