Gömrükçülər narkotik vasitə müsadirə edib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Tibbi müayinə nəticəsində xanım vətəndaşın bədən boşluğunda 5 ədəd bükümdə cəmi 198 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısına daxildir və aşkar olunan 198 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 7,92 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.