Paytaxtın Yasamal rayonundan "Sədərək" ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib.

Unikal.org-a daxil olan ilkin məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində 5 avtomobil və bir sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib, xəsarət alan olmayıb. 

İlkin ehtimala görə, qəza 193 saylı sərnişin avtobus sürücüsünün günahı ucbatından baş verib.

Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik.

əvvəl 13:20 
****
13:38

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Unikal.org-a bildirib ki, qəza nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Bildirib ki, hadisə ilə bağlı polis və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən araşdırmaya başlanılıb: "Nəticəyə uyğun olaraq daşıyıcı barədə tədbir görüləcək".

Zaurə Əmirova