Binəqədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, rayonun Binəqədi qəsəbəsinin girişində  "Sarı marketin yaxınlığında dövlət nömrə nişanı 90-VS-966 olan "BMW markalı avtomobillə dövlət nömrəsi 10-XF-220 olan "Mercedes toqquşub.Hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəyib. "BMW markalı avtomobilin təhlükəsizlik yastıqları açılıb.Xəsarət alanlar barədə məlumat yoxdur.Hadisə şahidlərin verdiyi məlumata görə, qəzaya səbəb "BMW markalı avtomobilin sürücüsünün maşını yüksək sürətlə idarə etməsi olub.Qəza Binəqədi-Novxanı yolunda böyük tıxaca səbəb olub.