Çimərlik yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Mingəçevir su anbarı hövzəsindəki çimərlik yolunda baş verib.

Belə ki, dik yoxuşda idarəetmədən çıxan Hyundai markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü 1984-cü il təvəllüdlü Naftalan şəhər sakini Mustafayev Yasin Nazim oğlu ciddi xəsarət alıb. Yaralı sıxılıb qaldığı avtomobilindən çıxarılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.