İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.

Unikal.org AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar, ilkin məlumatlara əsasən, yerli vaxtla 23:03:11-də Pirquludan 11 km qərbdə, İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.