Masallıda yanğın baş verib. 

FHN-dən unikal.org-a verilən məlumata görə, Həsənli kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 35 m² sahədə və 2-ci mərtəbənin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.