İndoneziyanın şərqində itən kiçik təyyarənin göyərtəsində olan 9 nəfərdən səkkizi ölüb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sinhua" agentliyi məlumat yayıb.

Bildirilir ki, xəsarət almasına baxmayaraq sərnişinlərdən biri sağ qalıb.

Şənbə günü radarlardan itən təyyarə Papua əyalətinin Oksibil rayonu ərazisində qəzaya uğrayıb.

"Kyodo" agentliyinin məlumatına görə, bu ərazi hava şəraitinin tez-tez dəyişməsi səbəbindən uçuşlar üçün təhlükəli bölgə hesab olunur.